...

“Real”ın futbolçusu tarixə düşüb

İdman Materials 9 May 2024 09:09 (UTC +04:00)

Bakı. Trend:

“Real”ın futbolçusu Xoselu Çempionlar Liqasının tarixinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hücumçu turnirin pley-off mərhələlərində meydana sonradan daxil olaraq dubla imza atan ən yaxşı futbolçu olub.

“Bavariya” ilə yarımfinalın cavab görüşünün 88-ci və 90+1-ci dəqiqələrində fərqlənən Xoselu 34 yaş 42 günlüyündə fərqlənib. O, bu qollarla komandasının kambekinin müəllifi olub – 2:1.

Qeyd edək ki, Xoselu 2023-cü ilin yayında “Espanyol”dan “Real”a keçib.

Xəbər lenti

Xəbər lenti