...

XİN rəhbərlərinin Astana görüşü nə vəd edir? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 8 May 2024 21:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində mayın 10-da görüşəcəklər.

Bu görüşdən hansı gözləntilər var?

Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, görüşün ən önəmli tərəfi vasitəçisiz davam etdirilməsidir.

Onun sözlərinə görə, ötən ilin sonunda və bu ilin aprel ayında Ermənistanla birbaşa təmaslar nəticəsində əldə olunan nəticələr mahiyyət etibarilə görüşöncəsi müsbət atmosfer yaradıb.

"Proseslərin irəliyə doğru aparılması üçün birbaşa təmaslar vasitəsilə imkanlar yetərincədir. Bu aspektdən keçirilən görüşə həm Azərbaycanın, həm də Ermənistanın nümayiş etdirdiyi mövqe birbaşa təmasların dəstəklənməsi ilə bağlı son zamanlar beynəlxalq müstəvidə verilən dəstək görüşün normal atmosferdə keçəcəyinə əminlik yaradır.

Görüşdə müsbət irəliləyişlərin əldə edilməsi mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, xarici işlər nazirlərinin görüşünün formatı yekun nəticəyə hesablana bilməz. Çünki iki ölkənin diplomatik korpusuna rəhbərlik edən şəxslər yalnız razılaşdırılmış prinsiplər əsasında müzakirələr aparır", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti