...

İmran xanın həyat yoldaşı həbsxanaya köçürüləcək

Dünya xəbərləri Materials 8 May 2024 13:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi ev dustaqlığından həbsxanaya köçürüləcək.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, onun vəkilləri bunu Büşra Bibinin öz xahişi ilə baş tutduğunu bildirib. Məhkəmə vəkillərin ev həbsi cəzasının dəyişdirilməsi ilə bağlı tələbini qəbul edib.

Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada - Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun arvadı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti