...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Dünya xəbərləri Materials 8 May 2024 18:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Bununla belə, Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" qəzetinə müsahibəsində deyib ki, Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində yerinə yetirməyib”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

"Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da iştirak etmirik", - o əlavə edib.

clear
Xəbər lenti

Xəbər lenti