...

Türkiyə bu şirkəti 1,2 milyard cərimələdi

Dünya xəbərləri Materials 9 May 2024 10:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Rəqabət Şurası tərəfindən ABŞ-nin META şirkəti ilə bağlı araşdırma sona çatıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, şuranın qərarı şirkət 1 milyard 234 milyon türk lirəsi məbləğində cərimə ödəyəcək.

Araşdırma zamanı "WhatsApp" istifadəçilərinin şəxsi məlumatlarının META-nın digər şirkətləri ilə paylaşılması faktları müəyyən olunub. Həmçinin şura META-nın öhdəliklər çərçivəsində təklifləri yerinə yetirmədiyi üçün şirkətə 552 milyon türk lirəsi cərimə cəzası tətbiq edib.

Digər iş META şirkətinin "Threads" tətbiqinin rəqabət qaydalarının pozulması ilə başladılıb. Şura tərəfindən bununla əlaqədar 335 milyon 730 min türk lirəsi cəza tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti