...

Xankəndidə silah-sursat aşkarlandı

Cəmiyyət Materials 20 Yanvar 2024 10:46 (UTC +04:00)
Xankəndidə silah-sursat aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti