...

Dayanma-durma ilə bağlı tələblər SƏRTLƏŞDİRİLƏCƏK

Cəmiyyət Materials 11 Mart 2024 10:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb.

“Buna görə beynəlxalq mütəxəsislər də dəvət edilib. Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik.

Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti