...

Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib olundu

Cəmiyyət Materials 26 Mart 2024 17:17 (UTC +04:00)
Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada qanunsuz ağac kəsən şəxs barəsində tədbir görülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti