...

Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək

Cəmiyyət Materials 28 Mart 2024 16:12 (UTC +04:00)
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiqləyib.

Ətraflı

Trend-in xəbərinə görə, marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı gəlirlər nəzərə alınır:

- gediş haqları üzrə gəlirlər;

- sair gəlirlər (reklam və sərnişindaşıma fəaliyyəti ilə əlaqədar yaranan digər gəlirlər).

Marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı xərclər nəzərə alınır:

- marşrutlar üzrə stansiyalarda, qatarlarda olan işçilərin və bu marşrutlara bilavasitə xidmət edən digər struktur vahidlərində çalışan işçilərin əməkhaqqı və əməkhaqqına görə ayırmalar;

- enerji xərcləri;

- hərəkət tərkibinin təmiri və ehtiyat hissələri ilə bağlı xərclər;

- sığorta xərcləri;

- müvafiq marşrut üzrə istifadə olunan dəmir yolu stansiyalarının və sərnişin platformalarının saxlanma və istismar xərcləri;

- Sərnişindaşıma departamentinin aparatının saxlanması ilə bağlı xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır);

sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan və öz vəsaitləri hesabına əldə olunan əsas vəsaitlərin amortizasiya məbləği;

- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan əsas vəsaitlərin öz vəsaitləri hesabına kapitallaş-dırılmış əsaslı təmir məsrəfləri üzrə amortizasiya məbləği;

- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi üçün əsas vəsaitlərin alınması (tikilməsi və ya quraşdırılması) ilə əlaqədar əldə edilmiş kreditlər üzrə faiz məbləğləri və gəlirdən çıxılan vergilər;

marşrutlar üzrə infrastrukturun istismarı və saxlanması xərcləri;

- xidmətin göstərilməsi üçün digər əməliyyat xərcləri;

- birbaşa sərnişindaşıma fəaliyyətinə aid edilməsi mümkün olmayan xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır).

Daşıyıcının dəmir yolu nəqliyyatı vasitəsilə marşrut üzrə ardıcıl ikiillik sərnişindaşıma fəaliyyəti zərərlə nəticələndiyi halda, daşıyıcıya subsidiya verilir.

Subsidiya daşıyıcının bu Qaydaların 3-cü hissəsində göstərilən qaydada hesablanılmış ortaillik xərc məbləğinin 50 faizindən və ortaillik zərər məbləğindən artıq olmamaqla müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti