...

Ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 7 May 2024 10:57 (UTC +04:00)
Ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir - Dövlət Komitəsinin sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, mərkəzlərdə qadınlar üçün müxtəlif təlimlər keçir.

“Bu mərkəzlərin gördüyü işlər nəticəsində 800-dən çox qadın topladığı biliklərlə biznes fəaliyyətinə başlayıb.

Hazırda bu mərkəzlərin fəaliyyətinin davamlılığı ilə bağlı problemlər var. Bu da nəzərə alınmalıdır”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti