...

DİN sosial şəbəkə ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ (FOTO)

Cəmiyyət Materials 7 İyun 2024 14:11 (UTC +04:00)
DİN sosial şəbəkə ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi vətəndaşlara internet resurslarında ayıq-sayıq olmaları ilə bağlı müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə bildirilib ki, vətəndaşlar sosial şəbəkələrdə tanımadıqları, etibar etmədikləri səhifələrdən alış-veriş etməsin.

"Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank karlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu(3D secure) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə.

Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin", - deyə müraciətdə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti