Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.