...

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ 11 YAŞINI QEYD EDİB

Cəmiyyət Materials 26 İyul 2005 16:32 (UTC +04:00)

İyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi(GİTN) yaranmasının 11 ili tamam olmuşdur. Trend informasiya agentliyi xəbər verir ki, bu münasibətlə GİTN aparatının rəhbərliyi, nazir müavinləri Fəxri Xiyabana gələrək sabiq prezident Heydər Əliyevin məzarı, sonra isə Şəhidlər Xiyabanında vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış kompleks önünə əklil qoymuşlar.

GİTN-dən Trend ə verilən məlumatda isə gənclər, idman və turizm naziri Əbülfəs Qarayev , eləcə də nazirliyin bir sıra məsul işçilərinin hazırda Quba şəhərində keçirilən Avropa Voleybol Federasiyasının qadın voleybol komandaları arasında "Qran-pri" yarışlarında iştirak etməsi səbəbindən nazirliyin yaranmasının yubiley tədbirləri nisbətən dar çərçivədə qeyd olunduğu bildirilmişdir.

Xatırladaq ki, sabiq prezident Heydər Əliyevin imzaladığı 26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkədə Gənclər və İdman Nazirliyinin yaranmışdır. 2001-ci ildən isə bu dövlət qurumunun statusu daha da genişləndirilərək Gənclər, İdman və Turizm Nazirliyi adlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti