...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIĞI ÖLKƏLƏRİ TƏŞKİLATININ PARLAMENT ASSAMBLEYASINA ÜZV ÖLKƏLƏR MƏDƏNİ TURİZMİ İNKİŞAF ETDİRMƏK NİYYƏTİNDƏDİR

Cəmiyyət Materials 28 İyul 2005 14:46 (UTC +04:00)

Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının Parlament Assambleyasının üzvü olan ölkələr (QİƏ PA) mədəni turizmi inkişaf etdirmək niyyətindədirlər. Azərbaycanın Milli Məclisindən Trend ə verilən məlumata görə, bu məsələ QİƏ PA-nın təhsil, mədəniyyət və sosial məsələlər üzrə komitəsinin senytyabrın əvvəllərində İzmirdə keçiriləcək növbəti iclasının gündəliyinə salınacaq.

Təşkilata üzv olan ölkələrin parlamentarilərinin iclasında Qara dəniz hövzəsindəki xalqların mədəni irsinin qorunması sahəsində əməkdaşlığın inkişafı və turizm sahəsində əməkdaşlığın qaydaya salınması məsələlərin müzakirə edəcəklər. Həmin iclasda Azərbaycanı Milli Məclisin deputatı, QİƏ PA-nın təhsil, mədəniyyət və sosial məsələlər üzrə komitəsinin sədri Şayəddin Əliyev təmsil edəcək.

QİƏ təşkilatına 12 ölkə - Albaniya, Azəpbaycan, Eromənistan, Bolqapıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukpayna, Sepbiya və Çernoqoriya, eləcə də müşahidəçi statusuna malik bir sıra beynəlxalq təşkilatlar daxildir.

Xəbər lenti

Xəbər lenti