...

BAKIDA VƏ QAHİRƏDƏ AZƏRBAYCAN VƏ MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 2 Avqust 2005 20:58 (UTC +04:00)

Azərbaycan mədəniyyət nazirliyi ilin sonunadək Misirdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini planlaşdırır. Nazirlikdə Trend agentliynə bildirilib ki, müvafiq razılaşma hər iki ölkənin hökumətləri arasında əldə olunub.

Mədəniyyət günləri çərçivəsində Misir ictimaiyyətinə Azərbaycan mədəniyyəti və incəsənəti, dövlətin tarixi təqdim ediləcək.

Razılaşmaya əsasən, 2006-cı ildə Azərbaycanda Misir mədəniyyəti günləri keçiriləcək.Yaxın günlərdə Bakıda və Qahirədə informasiya-mədəniyyət mərkəzlərinin yaradılması gözlənilir.

Bu mərkəzlər Azərbaycan və Misir hökumətləri arasında imzalanmış İnformasiya-mədəniyyət mərkəzlərinin fəaliyyətinin təsis edilməsi və şərtləri haqqında Saziş çərçivəsində yaradılacaq.

Sənədə əsasən, bu mərkəzlərin əsas vəzifəsi humanitar, elmi-texniki, mədəni və informasiya sahələrində proqramların həyata keçirilməsi olacaq. Qarşılıqlı razılaşmaya əsasən, bu mərkəzlərin hər iki ölkənin digər şəhərlərində filialları da açıla bilər.

Xəbər lenti

Xəbər lenti