...

Britaniya Şurası Azərbaycanda təhsil sahəsində bir sıra yeni layihələri həyata keçirməyi planlaşdırır

Cəmiyyət Materials 27 Oktyabr 2005 13:52 (UTC +04:00)

Britaniya Şurası Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə yönəldilmiş bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Nazirlikdən Trend ə verilən məlumata görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə Britaniya Şurasının Azərbaycan üzrə direktoru Endyu Vilyams bildirib.

Bu layihələr ölkənin bir sıra məktəblərinin yeni texnologiyalarla təmin olunması ilə bağlıdır. E.Vilyams nazirə Azərbaycan məktəbləri üçün Şura tərəfindən ayrılmış təqaüdlər barədə də məlumat verib.

M.Mərdanov ingilis dilini tədris edən müəlimlərin biliyinin təkmilləşdirilməsində, pedaqoqların yenidən ixtisaslaşdırılmasında və kadrların hazırlanmasında Şuranın rolunu yüksək qiymətləndirərək, Azərbaycan tərəfinin onunla daha səmərəli əməkdaşlıq etmək niyyəti barədə bildirib.

Xəbər lenti

Xəbər lenti