...

Azərbaycan QİÇS ilə mübarizə üzrə keçirilmiş beynəlxalq seminarda iştirak edib

Cəmiyyət Materials 7 Mart 2006 18:34 (UTC +04:00)

Rusiya Federasiyası (RF) səhiyyə və sosial inkişaf nazirliyinin xahişi nəzərə alınaraq MDB ölkələrinin İcraiyyə komitəsi BMT-nin QİÇS-lə Mübarizə təşkilatı ilə birgə Moskvada QİÇS-ə qarşı milli proqram rəhbərlərinin iştirak etdiyi beynəlxalq seminar keçirib. Trend bildirir ki, bu barədə AR səhiyyə Nazirliyinin martın 7-də yaydığı məlumatda deyilir.

MDB ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən iclas martın 2-də öz işini başa çatdırıb. Azərbaycan tərəfindən tədbirdə səhiyyə nazirinin müavini Sənan Kərimov iştirak edib.

İclasda əsas məsələ hər bir vətəndaşın anonim olaraq həkim müayinəsindən keçməsi imkanı ilə bağlı olub. Qeyd olunub ki, Azərbaycan belə müayinələrin tamamilə anonim keçirildiyi aparıcı ölkələr sırasındadır.

Xəbər lenti

Xəbər lenti