...

Azərbaycanda növbəti əfv fərmanının imzalanması may ayında gözlənilir

Cəmiyyət Materials 10 Mart 2006 16:00 (UTC +04:00)

Azərbaycanda növbəti əfv fərmanının imzalanması may ayında gözlənilir. Bu barədə Trend ə Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova
məlumat verib.

E.Axundovanın sözlərinə görə, hazırda komissiya üzvləri tərəfindən əfvlə bağlı məhkumlar tərəfindən yazılan ərizələrin qəbulu davam edir. Bu dəfə komissiyaya daxil olan ərizələrin sayı əvvəlkinə nisbətən daha çoxdur.

"Növbəti əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilsə də, artıq bəlli olub ki, Prezident yaxın günlərdə belə bir fərman imzalamayacaq. Fərmanın may ayında imzalanması gözlənilir və əfv komissiyasının iclaslarına aprel ayından start veriləcək. Aprel ayından başlayaraq komissiya üzvləri toplaşaraq ərizələri araşdıracaqlar" - deyə E.Axundova söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev sonuncu dəfə əfv fərmanını 19 yanvar 2005-ci il tarixdə imzalayıb. Həmin fərmanla 100-ə yaxın məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti