...

Olimpiya çempionu Fərid Mənsurov xalça üzərinə qayıtmağa hələ hazır deyil

Cəmiyyət Materials 11 Mart 2006 15:30 (UTC +04:00)

Yunan-roma döyüş növü üzrə Olimpiya çempionu Fərid Mənsurovun xalça üzərinə qayıdacağı vaxt qeyri-müəyyən olaraq qalır.

Milli yığmanın baş məşqçisi Elçin Cəfərovun Trend ə verdiyi məlumata görə, idmançının kürəyindən aldığı zədə sağalmaq üzrədir. "Atlet artıq məşqlərə başlayıb, ancaq o, yüngül rejimdə hazırlaşır. Fəridə özünü gərgin vəziyyətə salmaq olmaz, buna baxmayaraq, düşünürəm ki, o, mövsümün vacib yarışlarınadək sağalacaq", - deyə məşqçi hesab edir. E.Cəfərov onu da qeyd edib ki, F.Mənsurovu müalicə edən mokvalı həkimlə müntəzəm əlaqə saxlayır.

Xatırladaq ki, keçən mövsüm İvan Poddubnovun şərəfinə keçirilmiş turnirin qalibi olmuş F.Mənsurov 2005-ci il ərzində beynəlxalq arenada çıxış etməyib.

Xəbər lenti

Xəbər lenti