...

Ağası Məmmədov Ənvər Çoudri Kubokundan uzaqlaşdırılıb

Cəmiyyət Materials 27 Mart 2006 16:31 (UTC +04:00)

2003-cü ildə keçirilmiş boks üzrə üzrə dünya çempionatının qalibi Ağası Məmmədov Ümumdünya həvəskar boks Assosiasiyasının (AİBA) prezidenti Ənvər Çoudrinin şərəfinə keçirilən yubiley kubokundan uzaqlaşdırılıb.

Trend ə verilən məlumata görə, əvvəlcə yarışda iştirak etməyə qərar vermiş istedadlı atletin böyük idmana qayıdışı bir qədər də uzanacaq. Belə ki, o, hələ lazımi formada deyil. Afina Olimpiadasının bürünc mükafatçısı sparrinqlər zamanı diskomfort hiss etdiyindən azarkeşlər yaxın vaxtlarlda onu rinqdə görməyəcək.

Xatırladaq ki, oyunlardan qayıtdıqdan sonra Ağası avtomobil qəzasına düşmüşdü və bu zaman onun aldığı zədələr hələ tam sağalmayıb.

Xəbər lenti

Xəbər lenti