...

Ermənistanın "Pünik" klubunun prezidenti yığmanın "Neftçi" ilə oyundan imtina etməsi ilə əlaqədar istefa verib

Cəmiyyət Materials 30 Mart 2006 15:36 (UTC +04:00)

Ermənistanda keçən əsrin ən yaxşı futbolçusu elan edilmiş Xoren Oqanesyan "Pünik" klubunun prezidenti vəzifəsindən istefa verib.

Trend in Rusiyanın sport-express portalına istinadən xəbər verdiyi kimi, bunun səbəbi məlum deyil, ancaq çox ehtimal ki, mütəxəssisin bu postu tərk etməsi bu yaxınlarda Moskvada baş vermiş qalmaqalla bağlıdır. Bu qalmaqal zamanı komanda Birlik Kubokunda "Neftçi" ilə oyundan imtina edib. "Pünik" rəhbərliyi isə "təhlükəsizlik məqsədilə" Rusiya paytaxtını tərk etməyə qərar verib.

Yeri gəlmişkən, turnir zamanı X.Oqanesyan Yunanıstanda idi və baş verənlərdən xəbərsiz idi. Bunu eşidən kimi o, dərhal Moskvaya yola düşüb. Qeyd edək ki, onun oğlu Jora Oqanesyan "Olimpiakos"da çıxış edir. Klubun yeni prezidenti isə 2000-ci ildən "Pünik"in vitse-prezidenti olmuş Karen Arutyunyan təyin edilib.

Xəbər lenti

Xəbər lenti