...

MQİBİ-nin alay komandirinin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 3 May 2006 17:05 (UTC +04:00)

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin keçmiş alay komandiri Elmar Hüseynovun cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

E.Hüseynov vəzifəsindən sui-istifadə etməkdə və tabeliyində olan əsgərlərin məvaciblərini mənimsəməkdə təqsirli bilinir. Cinayət işi üzrə ibtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. Məhkəmə baxışı isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Hələlik iş materialları heç bir hakimin icraatına verilməyib.

O da bildirilib ki, Elmar Hüseynov məhkəmə qarşısında tək dayanmayacaq. Belə ki, onunla birlikdə idarənin daha bir neçə işçisi də ittiham olunur.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə MQİBİ-nin 7 sabiq əməkdaşının məhkəməsi də yekunlaşmaq üzrədir. Yaxın günlərdə dövlət ittihamçısı həmin təqsirləndirilənlərə məhkəmədən cəza tələb edəcək.

Xəbər lenti

Xəbər lenti