...

Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində güc nazirlikləri şöbə rəislərinin seminarı keçirilib

Cəmiyyət Materials 4 May 2006 18:38 (UTC +04:00)

Mayın 4-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində Azərbaycanın güc nazirliklərinin şöbə rəislərinin iştirakı ilə seminar keçirilib. Bu barədə Trend ə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin əməkdaşı Müşfiq Məmmədov məlumat verib.

Seminar "Azərbaycan Respublikasının İnzibati icraat haqqında qanununa giriş" mövzusuna həsr olunub.

Seminarda qanunla daha yaxından tanış olmaq üçün bu qanunu tətbiq edəcək MTN, DSX, DİN, Ədliyyə, Müdafiə nazirlikləri və daha bir neçə inzibati orqanının şöbə rəisləri iştirak ediblər. Qanun ətrafında muzakirələr 2 qrupda aparılıb. Hər qrupda 20 iştirakçı təmsil olunub. Qruplardan birində müzakirələrə almaniyalı, digərində isə hollandiyalı və azərbaycanlı mütəxəssislər rəhbərlik edib.

Seminar mayın 5-də öz işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti