...

Misir Mərdanov: "Üç bölgədə müəllim işləyəcək şəxslər 300 yeni Azərbaycan manatı məbləğində maaş alacaq"

Cəmiyyət Materials 5 May 2006 15:42 (UTC +04:00)

Ucqar kəndlərdə müəllim işləyəcək şəxslər dövlət tərəfindən 200 yeni Azərbaycan manatı məbləğində maaş alacaq. Trend xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyi üç bölgə - Quba-Xaçmaz-Qusar, Balakən-Zaqatala-Şəki və Lənkəran-Masallı-Lerik-Yardımlının ucqar kəndlərində müəllim çatışmazlığı ilə bağlı Nazirlər Kabinetinə xüsusi proqram təqdim edib. Proqrama əsasən adıçəkilən ünvanlara göndəriləcək müəllimlərə veriləcək imtiyazlar üç dəfə artırılıb.

Nazir qeyd edib ki, bir sıra QHT rəhbərləri bu məsələdə yardım göstərmək üçün Təhsil Nazirliyinə müraciət ediblər: "Onlar üç bölgəyə getmək istəyən154 müəllim üçün əlavə olaraq 100 yeni Azərbaycan manatı verməyə hazır olduqlarını bildiriblər. Beləliklə, kəndlərdə işləyəcək müəllimlərin aylıq maaşları 300 yeni Azərbaycan manatı məbləğində olacaq". M.Mərdanov belə QHT-dən "Uğur Körpüsü"nü nəzərə çatdırıb.

Nazir onu da bildirib ki, həmin müəllimlərə torpaq sahələrinin ayrılması, pulsuz olaraq ədəbiyyatla təmin olunması məsələsi də həllini tapıb.

Xəbər lenti

Xəbər lenti