...

Ahıska türkləri Gürcüstan prezidenti və parlament sədrinə müraciət ünvanlayacaq

Cəmiyyət Materials 17 May 2006 12:22 (UTC +04:00)

Ahıska türkləri Gürcüstan prezidenti Mixail Saakaşvili və parlamentin sədri Nino Burcanadzeyə müraciət ünvanlayacaq. Bu barədə Trend ə Ahıska türklərinin "Vətən" Cəmiyyətindən bildiriblər.

Müraciətdə məqsəd mayın sonlarında Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq Ahıska türklərinin öz doğma yurdlarına qayıtması ilə bağlı sənədin qəbulunda onların təkliflərinin nəzərə alınmasıdır.

Eyni müraciətin Avropa Şurasına göndərilməsi də nəzərdə tutulub. İbrahim Burxanov əmin olduğunu bildirib ki, məsələ Gürcüstan parlamentinin iclasında müsbət həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti