...

Azərbaycan Velosport Federasiyası beş italyan velosipedi alıb

Cəmiyyət Materials 5 Dekabr 2006 15:19 (UTC +04:00)

Velosiped idman növü Federasiyası idmançıların qarşıdakı 2008-ci il oyunlarına hazırlaşması üçün bir neçə yeni velosiped alıb.

Təşkilatın baş katibi Anna Qladçikovanın Trendə verdiyi məlumata görə bu yaxınlarda olimpiya normaları uğrunda mübarizədə atletlər üçün böyük kömək olan beş məhşur italyan markalı "Viller" velosipedi alınıb. Bundan başqa iki ay əvvəl məxsusi olaraq trek yarışları üçün "Luk" (İtaliya) markalı velosiped alınıb və Federasiyanın veloparkı tədricən yeniləşməyə başlayıb.

İdmançıların yeni velosipedləri bu yaxınlarda keçiriləcək Dünya Kuboku oyunlarında sınaqdan keçirəcək ki, bu yarışmada Məhəmməd Ələkbərov, Elçin Əsədov və Ruslan Mustafayev çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti