...

İçərişəhərin vəziyyətinin yaxşılaşdırılması üçün master-plan hazırlanıb

Cəmiyyət Materials 8 Dekabr 2006 17:25 (UTC +04:00)

İçərişəhərin vəziyyətinin yaxşılaşdırılması üçün master-plan hazırlanıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Onun sözlərinə görə, İçərişəhər və Şirvanşahlar Sarayı YUNESKO-nun təhlükə altında olan mədəni irsinin siyahısına daxil edilib və Azərbaycan təşkilat qarşısında bəzi öhdəlikləri öz üzərinə götürüb. Onlara İçərişəhərin inventarizasiyasının həyata keçirilməsi də var. Nazir qeyd edib ki, bu iş Dünya Bankı ilə birgə görülür və onun vəziyyətinin yaxşılaşdırılması üzrə master-planın hazırlığı da tamamlanmaq üzrədir.

Ə.Qarayev bildirib ki, fevralın sonu -martın əvvəlində Dünya Bankı ilə birgə hazırlanmış İçərişəhərin idarəsi üzrə master-planın Bakıda təqdimatı keçiriləcək. Master-planın təqdimatına YUNESKO ekspertləri dəvət olunacaqlar. Onların iştirakı ilə İçərişəhərin vəziyyəti, onun vəziyyətinin yaxşılaşdırılması məsələləri müzakirə ediləcək.

Nazirin sözlərinə görə, dövlət başçısının bu yaxınlarda imzalanmış sərəncamına əsasən, İçərişəhərin idarəsi Nazirlər Kabineti yanında Komitəyə həvalə olunub və yaxın vaxtlarda komitə bu istiqamətdə fəaliyyətə başlayacaq.

Ə.Qarayev bildirib ki, nazirlik həmçinin Qobustan qoruğunun Ümumdünya mədəni irsinə daxil edilməsi sahəsində fəal işlər görür. Onun sözlərinə görə, bu günlərdə YUNESKO missiyası Azərbaycanda olub və Qobustan tarixi qoruğunun vəziyyətini öyrənib.

Xəbər lenti

Xəbər lenti