...

Azərbaycanlı zəvvarlardan ibarət birinci dəstə sabah Həccə yola düşəcək

Cəmiyyət Materials 12 Dekabr 2006 12:18 (UTC +04:00)

Azərbaycanlı zəvvarlardan ibarət birinci dəstə dekabrın 13-də Həccə yola düşəcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat veriblər.

Dekabrın 13-də Həccə iki dəstə yola düşəcək - təyyarə və avtobusla. Hava yolu ilə ziyarəti seçən vətəndaşlar 4 reyslə Səudiyyə Ərəbistanına çatdırılacaq. Təyyarələr Bakı-Ciddə marşrutu ilə uçacaq, oradan isə zəvvarlar avtobuslarda Məkkəyə gələcəklər.

Avtomobil yolu ilə ziyarəti seçmiş zəvvarlar isə "Mersedes" markalı avtobuslarda İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə yola düşəcəklər. QMİ-dən bildiriblər ki, yol boyu zəvvarların müsəlman aləmində müqəddəs sayılan digər ziyarətgahları da ziyarət etmək imkanı olacaq.

Bu il Azərbaycana 4500 yerlik kvota verilib, 700 yer zəvvarlara səfərlər təşkil etmək üçün lisenziyası olan özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti