...

FILA-nın baş katibi Mişel Düsson Bakı səfərinin yekunundan razı qaldı

Cəmiyyət Materials 15 Dekabr 2006 15:21 (UTC +04:00)

Beynəlxalq Güləş Federasiyasının (FILA) baş katibi Mişel Düsson Bakı səfərinin yekunundan razı qalıb.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi xəbərə görə, paytaxtda 2007-ci il dünya çempionatına hazırlıq planı ilə tanış olan qonağın yoxlama səfəri çox səmərəli olub. Tərəflər gələcək səfərə və qonaqların yerləşdirilməsinə, televiziya yayımlarına və bir çox digər aspektlərə aid müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bu zaman idman və gənclər naziri Azad Rəhimovla iki dəfə görüşən M. Düsson mundiala hazırlıq üzrə görülən işlərdən xəbərdar olmaq üçün bir neçə aydan sonra yenə də Azərbaycana gəlmək niyyətindədir.

Xatırladaq ki, gələn il həm yunan-Roma, həm də sərbəst güləş üzrə planet çempionatı Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti