...

İran tele-radio yayım şirkətinin sədri Bakıya gəlib

Cəmiyyət Materials 1 Fevral 2007 12:53 (UTC +04:00)

Trend xəbər verir ki, bu gün İran tele-radio yayım şirkətinin sədri İzətulla Zarqami Bakıya gəlib.

Onun başçılıq etdiyi təşkilat İranın təxminən 40 tele-radio kanalını cəmləşdirir. Bu sahədə bir neçə min adam işləyir. Tele-radio yayım şirkətinin rəhbərini İranın ali lideri təiyn edir. O, həmçinin Nazirlər Kabinetinin üzvü olur.

İ.Zarqami Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dəvəti ilə gəlir. Görüş zamanı Azərbaycanın bir sıra tele-radio şirkətləri ilə görüş planlaşdırılır. Bir sıra sənədlərin imzalanması da istisna edilmir.

İran komitəsi rəhbərinin Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, bir sıra texniki məsələlərin, o cümlədən informasiya texnologiyalarının istehsalı sahəsində əməkdaşlığın müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti