...

UEFA inspektoru Asim Xudiyev Hollandiyadakı seminara hazırlaşır

Cəmiyyət Materials 3 Fevral 2007 12:27 (UTC +04:00)

UEFA inspektoru Asim Xudiyev UEFA Kubokunun fevralın 22-də keçiriləcək 1/16 finalının "AZ Alkmaar"-"Fənərbaxça" cavab oyununun maraqlı tamaşaçısı olacaq.

A.Xudiyevin Trend ə verdiyi xəbərə görə, görüşə UEYA-nın himayəsi altında keçiriləcək inspektorlar üçün IV seminar çərçivəsində baxılacaq. Kurslarda oyunda hakim briqadasının işini qiymətləndirmək üçün dəvət olunmuş Belçika, Xorvatiya, İtaliya, Malta, Şotlandiya və başqa ölkələrdən cəmi on nümayəndə iştirak edəcək. "Oyuna baxdıqdan sonra biz iki qrupa bölünəcək və arbitrlərin hərəkətlərinə xarakteristika verəcək, fiziki verilənləri, sahənin ümumi görünüşünü və bir çox başqa məsələləri qiymətləndirəcəyik. Sonra biz öz işlərimizi UEFA-ya təhvil verəcəyik və o, bizim əməyimizi qiymətləndirəcək", - deyə A.Xudiyev vurğulayıb.

İnspektorların işinin yekununa görə, UEFA onların ixtisasının artırılması imkanı haqqında qəti qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti