...

"Trend"in yeni layihəsi – Trend Life əyləncəli informasiya saytı işə başladı

Cəmiyyət Materials 16 Fevral 2007 19:00 (UTC +04:00)

Trend agentliyinin yeni layihəsi - Trend Life əyləncəli informasiya saytı (http://life.trendaz.com) işə başlayıb.

O, müxtəlif maraq dairəsinə malik ən geniş yaş kateqoriyasından olan istifadəçilər üçün nəzərdə tutulub.

Hüquqşünas məsləhətləri, psixoloq köməyi, həkim tövsiyyələri istifadəçilərin xidmətinə verilir. Yalnız Trend Life saytında siz saatın ən qaynar hadisələrindən xəbərdar olacaq, şok xəbərləri ilk mənbədən əldə edə biləcək, estrada ulduzlarının eksklüziv müsahibə və fotoşəkillərini burada tapa biləcəksiniz.

Trend Life hamını yalnız oxucu deyil, həm də layihənin ən fəal iştirakçısı olmağa dəvət edir.

Xəbər lenti

Xəbər lenti