...

Əfv Komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 23 Fevral 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/ Fevralın 23-də Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Trend ə eksklüziv açıqlamasında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub məlumat verib.

Z.Yaqub qeyd edib ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.

"Əfv Komissiyası iclaslarını davam etdirəcək", - deyə komissiya üzvü bildirib.

Onun sözlərinə görə, komissiyanın tez-tez iclas keçirməsi qarşıdan gələn bayramlarla bağlıdır. Mart ayında əfv fərmanının imzalanıb-imzalanmayacağına gəlincə, komissiya üzvü deyib ki, bu prezident İlham Əliyevin səlahiyyətinə daxil olan məsələdir.

Onun sözlərinə görə, Əfv Komissiyasına xeyli sayda müraciət daxil oldub.

Xəbər lenti

Xəbər lenti