...

Sankt-Peterburqda keçirilən şərq poeziya axşamında Azərbaycan əsərləri səsləndirilib

Cəmiyyət Materials 3 Mart 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Sankt-Peterburq şəhərinin A.Petrov adına teatr-konsert zalında məşhur yazıçı D.Graninin təşəbbüsü ilə, Sankt-Peterburq Rektorlar Şurası, Sankt-Peterburq Ziyalılar Konqresi və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatı dəstəyi ilə şərq poeziyası axşamı keçirilib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Poeziya axşamında tələbələrin və Sankt-Peterburqun tanınmış aktyorlarının ifasında şərq şairlərinin, o cümlədən Azərbaycan şairlərinin poemaları, şeirləri müxtəlif dillərdə səsləndirilib. Ali məktəblərdə təhsil alan Azərbaycan tələbələri tərəfindən dahi mütəfəkkir Nizami Gəncəvinin qəzəlləri, "Xəmsə"yə daxil olan "Leyli və Məcnun", "Xosrov və Şirin" əsərlərindən parçalar səsləndirilib. Sankt-Peterburqda yaşayan azərbaycanlı muğənni S.Sədiyev dahi Azərbaycan sənətkarı Rəşid Behbudovun repertuarından bir neçə mahnı ifa edib.

Tədbirin sonunda Rusiya Federasiyasının əməkdar artisti L.Novocilov Sovet ədəbiyyatının görkəmli yazıçısı K.Simonovun tərcüməsində Azərbaycan şairi S.Vurğunun "Şair, nə tez qocaldın sən" şeirini və Rusiyanın görkəmli şairi S.Yeseninın "Persidskiye Motivı" silsiləsindən şeirlər söyləyib.

Xəbər lenti

Xəbər lenti