...

Vergi orqanlarında işə qəbulla bağlı 415 nəfər sənəd verib

Cəmiyyət Materials 17 Mart 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün 415 nəfər namizəd sənəd verib. Martın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sənəd vermiş namizədlərlə test imtahanı keçirəcək. TQDK-dan verilən məlumata görə, imtahanın keçirilməsi üçün Vergilər Nazirliyi tərəfindən 2459 sualdan ibarət test toplusu hazırlanaraq Sənəd Qəbulu Komissiyasına təqdim olunub.

İmtahanda namizədlərə sahə bilikləri üzrə təqdim olunacaq 80 sual həmin sual bankından seçiləcək. 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabliyyətini yoxlayacaq. Ümumi nəticəsi 70 bal və daha artıq olan namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaq.

Xəbər lenti

Xəbər lenti