...

Səhiyyə Nazirliyi dərman preparatları üzərində nəzarətin gücləndirilməsini vacib hesab edir

Cəmiyyət Materials 30 Mart 2007 20:52 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Babayeva / Azərbaycanın Səhiyyə Nazirliyində "Dərman vasitələri haqqında" qanundan irəli gələn məsələlərin müzakirəsi ilə bağlı Farmakoloji və Farmakopeya Ekspert şurası və İnnovasiya və Təchizat Mərkəzinin birgə iclası keçirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ilk olaraq ölkədə qeydiyyatı gecikdirilən dərman vasitələri üzərində nəzarətin möhkəmləndirilməli olduğunu diqqətə çatdırıb. İclas zamanı qısa müddətdə həll oluna bilməyən dərman vasitələrində Azərbaycan dilində yazılmalı olan dərman içlikləri haqda da danışılıb.

İnnovasiya və Təchizat Mərkəzinin rəhbəri Vahid Nağıyev isə apteklərdə, xəstəxanalarda işlədilən dövlət müəssisələrinə aid olmayan reseptura vərəqələrinin yoxlama nəticəsində daha çox olmasından söz açıb və bildirib ki, hazırda dövlət reseptura vərəqələrinin dizaynı üzərində gərgin iş gedir. Elsevər Ağayev bu sahəyə daha ciddi diqqət ayrılmasının mühümlüyünü və lazım olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti