...

Qrossmeyster Şəhriyar Məmmədyarov Eduard Dubovun reytinqində 7-ci yeri tutub

Cəmiyyət Materials 3 Aprel 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov FİDE Komitəsinin üzvü Eduard Dubovun İsveçrə sistemi üzrə növbəti reytinqində 7-ci yerini saxlaya bilib. Trend ə verilən məlumata görə, şahmatçı yeni təsnifatda 2744,4 bal toplayıb. Bu isə ona yarış cədvəlində komanda yoldaşları Teymur Rəcəbov, macar Peter Leko, Ukraynadan olan Vasili İvançuk, rusiyalı Petr Svidler və digər titullu yarışçıları qabaqlamağa imkan verib. İndi Şəhriyar may ayında Sofiyada keçiriləcək superturnirə hazırlaşır. Qeyd edək ki, reytinqdə liderliyi Harri Kasparov edir. Ondan sonrakı yerdə isə hindistanlı Vişvanatan Anand durur.

Xəbər lenti

Xəbər lenti