...

Qobustan həbsxanasında cəza çəkən məhkumlar aclığı dayandırıb

Cəmiyyət Materials 3 Aprel 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan Qapalı Həbsxanasında aclıq edən məhkumlar aclıq aksiyasını bu gün günün ikinci yarısı dayandırıblar. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

Ramazanov bildirib ki, bu gün Qobustan qapalı həbsxanasında olub və aclıq aksiyası keçirən məhkumlarla görüşüb. Onlara tələblərinin lazımi instansiyalara çatdırıldığı bildirilib və aksiyanı dayandırmaları məsləhət görülüb. Aksiyanın bütün iştirakçılarından aclığı dayandırmaları barədə ərizə alınıb.

Ramazanov bildirib ki, aclıq edən məhkumların səhhətləri ilə bağlı problem qeydə alınmayıb və hər biri həkim nəzarətindədir.

Aclıq edənlər ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş Şakir Rzaxanov, Əli Quliyev, Dəyanət Kərimov, Elbrus İbrahimov, Rahib Məsimov, Ramil Qədirov, İntiqam Qayıbov, Yadigar Baxşəliyev, Çingiz Paşayev cəzalarının 15 ilə endirilməsini tələb edir. Ömürlük azadlıqdan məhrum edilmiş Elnur Qəhrəmanov isə barəsindəki məhkəmə hökmündən narazılıq edir.

Xəbər lenti

Xəbər lenti