...

Türkiyənin Radio-Televizyon Üstqurumu başqanı Bakıda telekanallarda görüşlər keçirib

Cəmiyyət Materials 6 Aprel 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Türkiyənin Radio-Televizyon Üstqurumu başqanı Zahid Akmanın rəhbrlik etdiyi nümayəndə heyəti Azərbaycanın bəzi dövlət qurumları və teleşirkətlərdə görüşlər keçirib. Cümə günü Zahid Akman Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə, Azərbaycan Televiziyasında (AzTV) və İctimai Televiziyada (İTV) şirkət rəhbərliyi və digər şəxslərlə görüş keçirib.

Cümə axşamı Bakıya gələn nümayəndə heyətinin cümə və şənbə günləri dövlət orqanlarında bir sıra görüşlər keçirməsi, konfranslarda iştirakı və Milli Televiziya və Radio Şurası ilə əməkdaşıq sazişi bağlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti