...

Qrossmeyster Qadir Hüseynov Dünya Kubokuna vəsiqə qazanmağa yaxındır

Cəmiyyət Materials 13 Aprel 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Qadir Hüseynov bu günlərdə Drezdendə keçirilən Avropa çempionatının yekunlarına əsasən Dünya kubokuna vəsiqə qazanmağa yaxındır.

Trend xəbər verir ki, şahmatçı altmış beşinci yerdən 17-ci yerə qalxıb və oynanılmış on turdan sonra hesabında 6,5 xal var. Bununla yanaşı, daha 20 yarış iştirakçısının bu cür göstəricisi var və onlar 0,5 balla ukraynalı Andrey Volokitindən geri qalırlar.

Buna görə də son oyun günlərində mübarizə daha da kəskinləşəcək və Q.Hüseynovun mükafat uğrunda mübarizə aparmağa real şansı var. Bununla yanaşı o, qitə birinciliyində ilk 30 şahmatçının olduğu siyahıya düşməklə Xantı-Mansiyskdə keçiriləcək dünya çümpionatına vəsiqə qazanmaqla minimum vəzifəsini yerinə yetirə bilər.

Xəbər lenti

Xəbər lenti