...

Orta məktəblərin reytinqi müəyyənləşdiriləcək

Cəmiyyət Materials 19 Aprel 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "Trendlife" F.Sadıxov/ Təhsil Nazirliyi ölkədəki orta məktəblərin reytinqini müəyyənləşdirmək üçün yeni layihə hazırlayıb. Nazirliyin mətbuat katibi Bayram Hüseynzadənin "Trendlife"a verdiyi məlumata görə, layihədə bir sıra məsələlər yer alıb. Belə ki, layihədə müəllimlərin yaş səviyyəsi və dərs yükü, müəllim-şagird nisbəti, məktəblərin yerli və beynəlxalq layihələrdə iştirakı, məktəb heyətindən nazirliyə, rayon təhsil şöbəsinə daxil olan ərizə və şikayətlər, habelə elmi dərəcəli müəllimlərin sayı və digər məsələlər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti