...

Şuşanın işğalıyla bağlı Strasburqda mitinq və tədbir keçiriləcək

Cəmiyyət Materials 27 Aprel 2007 16:30 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Şuşanın işğalının 15-ci ildönümüylə bağlı Fransanın Strasburq şəhərində mayin 5-də mitinq keçiriləcək. Dünya Azərbaycanlıları Konqrensi (DAK) və "Azərbaycan Evi" təşkilatının əməkdaşlığıyla keçiriləcək tədbirdə Ermənistanın işğalçı siyasətiylə bağlı şüarlar səsləndiriləcək, Qarabağ problemi Fransa ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Türkiyə diaspor təşkilatlarının da iştirak edəcəyi mitinqdə Strasburqa yaxın Fransa, Almaniya və İsveçrə şəhərlərində yaşayan azərbaycanlıların da iştirak etməsi gözlənilir.

5 mayda keçiriləcək mitinqdən iki gün sonra isə Strasburqda Şuşa ilə bağlı elmi konfrans təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti