...

Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası üzrə qərar qəbul olunacaq

Cəmiyyət Materials 30 Aprel 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Nərimanov rayon məhkəməsində hakim Mehparə Əhmədovanın sədrliyi ilə bu gün Müstəqil Azərbaycan Universiteti tələbələrinin Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Müstəqil Azərbaycan Universiteti və Azərbaycan Respublikası Hərbi Komissarlığına qarşı İnformasiya sorğusuna cavab verməkdən imtinanın qanunsuz sayılması barədə şikayətüzrə məhkəmə prosesi keçirilib.

Tələbələrin məhkəmədəki nümayəndəsi Nurlana Əliyeva bazar ertəsi Trend ə bildirib ki, Naxçıvan Dövlət Universiteti, Müstəqil Azərbaycan Universiteti və Azərbaycan Beynəlxalq Universitetinin nümayəndələri prosesdə iştirak etməyiblər. Bakı Dövlət Universitetinin, Aviasiya Akademiyasının nümayəndələri informasiya sorğularını almadıqlarını bildiriblər. Sorğular məhkəmə prosesi zamanı cavabdehlərə təqdim olunub.

Prosesdə Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələr arasında mübahisə yarandığından məhkəmə heç bir vəsatəti müzakirə etmədən müşavirəyə getdiyini bildirib. Tələbələrin nümayəndəsi Nərimanov rayon məhkəməsinə etiraz versə də, hakim etirazı qəbul etməyib və iddia ilə bağlı sabah yekun qərar qəbul edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti