...

Söz azadlığı Günü mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə qeyd olunub

Cəmiyyət Materials 3 May 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 3 may - Ümumdünya söz azadlığı Günü münasibəti ilə Azərbaycanın bir qrup jurnalisti, ictimaiyyət nümayəndələri cümə axşamı "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun məzarını ziyrət ediblər. Ziyarətdə baş redaktorlar, jurnalist qurumlarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri, millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu, millət vəkili Pənah Hüseyn və digərləri çıxış edərək Azərbaycanda söz azadılığının durumundan danışıblar. Hüseynovun qətlinin üstünün açılması, həbsdə olan "Gündəlik Azərbaycan"-"Realnı Azerbaydjan" qəzetilərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması, qəzetlərə qarşı məhkəmələrin, təzyiqlərin dayandırılması tələbləri səsləndirilib.

Jurnalistlərin tədbiri Beynəlxalq Mətbuat Mərkəzində davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti