...

Azərbaycan Ədliyyə Nazirliyinə qarşı iddia təmin edilmədi

Cəmiyyət Materials 4 May 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Apellyasiya Məhkəməsində bu gün hakim Asif Allahverdiyevin sədrliyi ilə "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə" İctimai Birliyinin Ədliyyə Nazirliyinə qarşı şikayəti üzrə proses yekunlaşıb. Birliyin məhkəmədəki nümayəndəsi Sadiq Bağırov cümə günü Trend ə bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

İctimai Birlik dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmüşdü. Nümayəndə məhkəmənin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti