...

Di-cey-müsabiqəsinin vaxtı dəyişdirildi

Cəmiyyət Materials 8 May 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı , 8 may /müx.Trendlife Rəna Şirəliyeva/Mayın 9-na nəzərdə tutulmuş Üçüncü Milli Azərbaycan di-cey müsabiqəsi təxirə salındı. Əvvəl mayın 20-nə keçirildi, sonra isə vaxtı bir az da uzadıldı. Trendlife-ın verdiiyi məlumata görə, müsabiqənin bəzi təşkilatçılarının hazırda problemi olduğu üçün dəqiq vaxt məlum deyil.

Müsabiqənin şərtlərində də bəzi dəyişikliklər edilməsi gözlənilir. Yenidən seçim turu keçirlməlidir və əvvəlki turda olduğu kimi, hər ürəyi istəyən burda iştirak edə bilməyəcək. Bir daha yadınıza salaq ki, Üçünçü Mlli Azərbaycan di-ceylərini üç əsas nominasiya üzrə qiymətləndirəcəklər: "Best-Performance DJ", " Best-Qrandmaster DJ", " Tamaşaçı simpatiyası prizi". Müsabiqənin təşkilatçısı "Tribal Promo" və Azərbaycanın Gənclər və İdman Nazirliyidir.

Xəbər lenti

Xəbər lenti