...

Avropa Şurasının baş katibi: "Azərbaycanda KİV-lə bağlı problem təkcə insan haqları məsələsi deyil, həm də demokratiya məsələsidir"

Cəmiyyət Materials 31 May 2007 11:06 (UTC +04:00)

Fransa, Strasburq /müx. Trend A.İsmayılova/ Avropa Şurasının baş katibi Terri Devis Strasburqda bəyan edib ki, Azərbaycanda KİV-lə bağlı problem təkcə insan haqları məsələsi deyil, həm də demokratiya məsələsidir.

Azərbaycanlı jurnalistlərlə görüşdə Devis Azərbaycanda mətbuat ətrafında cərəyan edən hadisələrlə bağlı narahatlığını ifadə edib.

"Biz bütün ölkələrdə KİV-lərin problemləri ilə bağlı narahatlıq keçiririk. Xüsusən də Cənubi Qafqaz ölkələrindəki problemlərlə bağlı" - deyə o vurğulayıb.

Avropa Şurasının baş katibi qeyd edib ki, son vaxtlar Azərbaycanda tərəqqi müşahidə olunur. Bu təkcə iqtisadiyyata yox, həm də yaşayış səviyyəsinə aiddir. Lakin eyni zamanda Devis KİV-lə bağlı problemi geriyə addım kimi dəyərləndirib.

Devis həmçinin jurnalistləri yazılara daha məsuliyyətlə yanaşmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti