...

Alpinist İsrafil Aşurlu ən yaxşılar sırasında ikinci yerə çıxıb

Cəmiyyət Materials 4 İyun 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu "Yeddi zirvə" layihəsində iştirak edən alpinistlər arasında ikinci yerə sahib olub.

Beynəlxalq ekspedisiyanın tərkibində Everest zirvəsinə uğurla qalxdıqdan sonra idmançının aktivində fəth olunmuş yeddi zirvə olub. Onların sırasında Cənubi Amerikada, Şimali Amerikada Mak-Kinli, Avstraliyada Kostyuşko piki, Antraktidada Vinson piki, Kilimancaro və Elbrus zirvələri var.

Bu yolla İ.Aşurlu layihəni digər 7 idmançı kimi tam başa vurub. Onların sırasında rusiyalı Aleksandr Abramov, Dmitri Moskalev, Boris Sedusov, Viktor Bobok, Ermənistandan Karo Ovsepyan, Danimarkadan Henrik Olsen var.

Son ekspedisiya zamanı Aşurlu Everst zirvəsinə hamıdan öncə çataraq orda Azərbaycan bayrağını dalğalandırıb.

Xəbər lenti

Xəbər lenti