...

Rusiyadakı qeyri-leqal miqrantların bir hissəsini Azərbaycandan gələnlər təşkil edir

Cəmiyyət Materials 20 İyun 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Rusiyaya qeyri-leqal miqrantlar əsasən Azərbaycan, Ukrayna, Çin, Moldova, Gürcüstan və Vyetnamdan gəlir. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Neleqal ODKB -2007" adlı hazırladığı sənəddə deyilir.

Rusiya Federasiyasında üçüncü ölkə vətəndaşları miqrasiya qanunvericiliyini 2424 dəfə pozublar.

Özbəkistanda isə miqrasiya qanunvericiliyini ən çox Türkiyə, Cənubi Koreya, İran və Çin vətəndaşları pozur. Ölkədən deportasiya olan vətəndaşlar arasında (KTMT-yə daxil olmayan MDB ölkələrinin vətəndaşları nəzərdə tutulur) Türkmənistan, Gürcüstan və Ukrayna təmsilçiləri çoxluq təşkil edir.

Belarusda inzibati məsuliyyətə 1457 əcnəbi cəlb olunub. Qırğızıstanda müvafiq rəqəm 654-dür. Qazaxıstanda isə miqrasiya qanunvericiliyinin pozulmasına görə ölkədən 2244 nəfər çıxarılıb.

Xəbər lenti

Xəbər lenti