...

Azərbaycanla Rusiyanın məhkəmə orqanları arasında əməkdaşlıq genişlənir

Cəmiyyət Materials 3 İyul 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin Moskvaya səfəri başa çatıb. Təcrübə mübadiləsi məqsədilə edilən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiyanın Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev ilə görüşüb. Görüşdə məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə geniş məlumat verilib. Məhkəmə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb. Azərbaycan nümayəndə heyəti "Ədalət mühakiməsi" adlı Dövlət Avtomatlaşdırılmış Sistemi ilə tanış edilib. Bu proqrama əsasən, sistemləşdirilmiş qanunvericilik, məhkəmə qərarları, məhkəmə statistikası, beynəlxalq əlaqələr və digər məsələlərlə bağlı zəruri məlumatlar vahid mərkəzləşdirilmiş kompüter sisteminə daxil edilib.

Xəbər lenti

Xəbər lenti